Modern.az

Prezident ən yaxşı oxucudur - Qulu Məhərrəmli

Prezident ən yaxşı oxucudur - Qulu Məhərrəmli

Media

13 Yanvar 2022, 13:10

Dünən Azərbaycanın Respublikasının prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ölkə mətbuatının vəziyyətindən də söz açıb.

 

Prezident bildirib ki, bəzən xoşagəlməz hallar haqqında mətbuatdan öyrənir və dərhal reaksiya verir:

 

“Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir”.

 

Azərbaycanın Əməkdar jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli Modern.az-a bildirib ki, Pezidentin dedikləri bizim mətbuatın həqiqi vəziyyətini əks etdirir:

 

“Öncə onu qeyd edim ki, ölkə Prezidenti ən yaxşı oxuculardan və media adamlarından biridir. Təbii ki, onun vəzifəsi mediada nələr yazıldığını, hansı məlumatların getdiyindən davamlı olaraq xəbərdar olmasını tələb edir.

 

Prezidentin telekanallara müsahibəsi zamanı mətbuata verdiyi qiymət çox doğrudur. Yəni Prezident həssas bir oxucu olaraq mənzərəni düz görür. Çünki bizim mətbuat həqiqətən o vəziyyətdədir.  

 

Mövzu seçimi, onların təqdimatı, manşetə hansı xəbəri çıxarmaq, hansı məlumat doğrudur və s. bu barədə mətbuatın peşəkarlıq problemi var.

 

Çoxlu media subyektləri var, saytlar çoxalır, internet məkanı media profili hesabına genişlənir. Amma təəssüf ki, media qurumlar, mövzular sanki hamısı bir-birini təkrar edir. Təkrarçılıq da bu cür neqativ halların ortaya çıxmasına təsir edir”.

 

 

Əməkdar jurnalistin sözlərinə görə, media nümayəndələri “peşəkarlıq” sözünü tam anladıqda, mətbuatı bugünkü böhrandan çıxara bilərik:

 

“Burada əsas iki məqama diqqət yetirilməlidir. Media qurumu hansı məqsədlə istifadə edilir və peşəkarlıq hansı səviyyədədir.

Problemlərimizin əsas kökü peşəkarlıqda dayanır. Peşəkarlıq dedikdə, tək yaradıcılıq yox, mənəvi, etik prinsiplər də nəzərdə tutulur. Bunlar bir yerdə olmayanda, media yalan görünür. Medianı bəzən qisas alətinə çevirirlər. Bu problemlərin hamısını düzəldib, medianı bugünkü böhrandan çıxara bilərik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik