Üçüncü mərtəbənin mənzillərinin “oboy”u artıq vurulub, digər mərtəbələrdə iş gedir
Jurnalistlər üçün Bibiheybətdə dövlət hesabına tikilən evdən yeni xəbər var. Modern.az-ın tikinti yerində olan əməkdaşı görülən işlərlə maraqlanıb. Tikinti üzrə içraçı şəxslər əməkdaşımıza məlumat verməkdən birmənalı olaraq imtina ediblər.2013-cü ildə mətbuat günündə jurnalistlərə təqdim edilməsi nəzərdə tutulan mənzillərin verilməsi barədə kriteriyalar bəlli deyil.Bu barədə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli ötən ay mətbuata verdiyi açıqlamada bildirib:” Mənzil almaq üçün tələb olunan kriteriyalar fevral ayında rəsmən elan olunacaq. Ondan sonra sənəd qəbulu başlanacaq. Hələki bu kriteriyalar hazır deyil”
Qeyd edək ki, 2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb. Binada təxminən 150 evsiz jurnalist iki və üçotaqlı təmirli mənzillə təmin olunacaq.
|
|
|
|
|
|
|
|
|
|