Modern.az

"Jurnalistlər məlumatlarla təmin edilməlidir" - Əhməd İsmayılov

Media

24 Yanvar 2022, 10:58

"Mediamız bu gün Zəfərlə bağlı faktları işıqlandırır, fədakarlıq göstərən şəxslərin ictimaiyyətə tanıdır. Amma bu proses çox təkmil olmalıdır".

 

Modern.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov “Müharibədən sonrakı reallıqlar və media” adlı təlimdə deyib.

 

O vurğulayıb ki, jurnalistlər Vətən müharibəsində böyük fədakarlıq göstəriblər:

 

"Hətta onların arasında şəhid olanlar da oldu. Mediamız peşakar davranmalıdır. Eyni zamanda media nümayəndələrimiz zəruri məlumatlarla təmin edilməlidir. Jurnalistlərimizin fəaliyyəti ölkə sərhədləri ilə məhdudlaşmamalidir. Çünki informasiya sərhəd tanımır. Bunun üçün isə xarici dilli jurnalistikanın inkişafına ehtiyac var".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu