Azərbaycanın tanınmış teleaparıcılarında olan Saleh Bağırov Türkiyədən vətənə qayıdıb. Uzun müddət İctimai Televiziyada çalışan aparıcı TRT Avaz kanalından çıxaraq yenidən Azərbaycanda fəaliyyət göstərəcəyini bildirib. Modern.az-ın məlumatına görə, aparıcı bu barədə özü bildirib.
“Mən artıq Azərbaycandayam. Etiraf edim ki, sizinlə uzun müddətdən sonra Bakıdan ünsiyyət qurmağın tam ayrı bir ləzzəti var. Əslində olmadığım müddət ərzində deyəsi sözüm, fikir və düşüncələrim çoxdur. Bildiyiniz kimi, 3 ay idi ki, İTV və TRT əməkdaşlığı ilə qardaş Türkiyədə çalışırdım. TV fəaliyyətimdə maraqlı, lazımlı və mühüm olan daha bir mərhələni adladım. Uzun illərdir ki, ikili pəncərədən boylandığım və hər gün bərabər ortaq yayım təqdim etdiyimiz insanlarla, eləcə də yeni dostlarla bir ortamda olmaq, çalışmaq, müxtəlif proqramlar və layihələrdə iştirakım həyatımda, fikrimdə eləcə də təcrübəmdə unudulmaz iz buraxdı. Türkiyənin bir sıra radio və TV proqramlarının qonağı oldun. Bu proqramlarda Azərbaycanımızın adını danışıdım.
Mənə belə bir fürsəti verdiyinə və göstərdiyi etimada görə İTV-nin baş direktoru İsmayıl Ömərova dərin təşəkkürümü bildirirəm. Ayrıca TRT Avaz rəhbərliyinə və kollektivinə məni olduqca isti qarşıladıqlarına, tək buraxmadıqlarına, maraqlandıqlarına, kiçik istəyimə belə, böyük diqqətlə yanaşdıqlarına, göstərdikləri hörmətə görə minnətdarlığımı bildirirəm. Tezliklə və böyük bir zövlqə doğma İTV ekranlarında görüşmək ümidilə”.
Sevinc