Modern.az

Audiovizual Şura ilə bağlı dəyişiklik TƏSDİQLƏNDİ

Audiovizual Şura ilə bağlı dəyişiklik TƏSDİQLƏNDİ

Media

4 Mart 2022, 12:52

Audiovizual Şuranın yaradılması ilə əlaqədar normativ hüquqi aktlara uyğunlaşdırılma xarakterli dəyişiklik təsdiq edilib. 

 

Modern.az bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirə olunub.  

 

Dəyişikliyə əsasən, normativ xarakterli aktları sırasına Azərbaycan Respublikası Audiovizual Şurasının qərarları əlavə edilib. Bundan əvvəl, bu sırada Milli Televiziya və Radio Şurasının qərarları yer alırdı.

 

Eyni zamanda Hüquqi Aktların Dövlət Reyestrinin strukturuna dəyişiklik edilib. Hüquqi Aktların Dövlət Reyestrinə Azərbaycan Respublikası Audiovizual Şurasının qərarları da əlavə edilir. 

 

Qanun layihəsi üçüncü oxunuşdan keçərək, qəbul olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu