Modern.az

Media ilə bağlı yeni dövlət RÜSUMLARI 

Media ilə bağlı yeni dövlət RÜSUMLARI 

Media

4 Mart 2022, 13:50

Audiovizual media fəaliyyətinə dair dövlət rüsumları müəyyənləşir.

 

Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklik müzakirə edilib. 

 

Dəyişikliyə görə, lisenziyaların dövlət rüsumunun dərəcəsi ümumölkə yerüstü radio yayımçısı üçün 2500 manat, regional yerüstü radio yayımçısı üçün 500 manat, peyk yayımı həyata keçirən platforma yayımçısı üçün 2500 manat, peyk yayımı həyata keçirməyən platforma yayımçısı üçün 1500 manat, sifarişli yayım xidməti provayderi üçün 500 manat, sadə platforma operatoru üçün 1500 manat, universal platforma operatoru üçün 2500 manat, multipleks operatoru üçün 2500 manat olacaq.

 

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu