Modern.az

Anar Cəbrayıllıya yeni vəzifə verildi

Anar Cəbrayıllıya yeni vəzifə verildi

30 Yanvar 2013, 17:03

“Azərsu” ASC-də yeni, ictimaiyyətlə əlaqələr departamenti yaradılıb. Modern.az-a daxil olan məlumata görə, qurumun mətbuat xidməti, müraciətlər şöbəsi və “qaynar xətt” xidməti bu departamentin tabeliyinə verilib.

 “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı departamentin rəhbəri təyin edilib.

Modern.az məsələ ilə bağlı Anar Cəbrayıllı ilə əlaqə saxlayıb. O, bu məsələni təkzib etməyib.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu