Tanınmış aparıcı Emin Musəvi Latviyanın Xarici İşlər Nazirliyinin Fəxri Fərmanına layiq görülüb. Latviyanın Azərbaycandakı səfirliyindən Modern.az-a verilən məlumata görə, Emin Musəvi Latviyanın xaricdə tanıdılması istiqamətində xidmətlərinə görə həmin ölkənin Xarici İşlər Nazirliyində Fəxri Fərmanla təltif edilib. Fəxri Fərmanı ona Latviyanın xarici işlər naziri Edqar Rinkeviç təqdim edib.
Qeyd edək ki, bu günə qədər Emin Musəvi adı çəkilən ölkə haqqında 3 TV proqram, 1 film və bir neçə müsahibə və konsert təşkilatçısı olub. Eyni zamanda Emin Musəvinin rəhbərlik etdiyi şirkət Bakıda Latviya günlərini, eyni zamanda Latviyanın Baş naziri ölkəmizə səfəri zamanı onun bütün PiaR işlərini həyata keçirmişdi.
|
|
Aytən Əliyeva