Modern.az

Zeynab Kazımovaya Hesablama Palatasında vəzifə verildi

Zeynab Kazımovaya Hesablama Palatasında vəzifə verildi

31 Mart 2022, 09:27

Hesablama Palatasına yeni mətbuat katibi təyin olunub.

Modern.az-ın əldə etdiyi məlumata görə, Vüqar Gülməmmədovun əmrilə jurnalist, Azərbaycanın yeganə fransızdilli “Le Carrefour” qəzetinin baş redaktoru Zeynab Kazımova qurumun mətbuat katibi təyin edilib.

Hesablama Palatasından Modern.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyiblər.

Qeyd edək ki, Z.Kazımova bu təyinatadək Dövlət Gömrük Komitəsi Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb

Gülşən

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?