Modern.az

AzTV-də baş rejissor və bədii rəhbər işdən çıxdı

AzTV-də baş rejissor və bədii rəhbər işdən çıxdı

5 Aprel 2022, 14:22

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin bədii rəhbəri Ranar Musayev və baş rejissoru Ziya Ağa vəzifələrindən ayrılıblar.

 

Modern.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya telekanalın Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva bildirib.

 

“Ziya Ağa fevralda, Ranar Musayev isə martda işdən ayrılıb. Hər ikisi öz istəyi ilə”, - Rəfiyeva deyib.

 

Sözçü əlavə edib ki, onların yerinə yeni təyinat yoxdur.

 

Qeyd edək ki, R. Musayev bədii rəhbər vəzifəsinə 2019-cu ilin fevralında təyin olunmuşdu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu