Modern.az

Azərbaycanlı jurnalist "Euronews"a etiraz etdi - MÜRACİƏT

Azərbaycanlı jurnalist

Media

11 Aprel 2022, 17:22

Jurnalist Aida Eyvazlı “Yevronyus” telekanalına üç dildə məktub ünvanlayıb. Məktubda A.Eyvazlı telekanalın Azərbaycana göstərdiyi münasibətə görə şikayət edib.

Modern.az h
əmin məktubu təqdim edir:

- Salam, Euronews.

Salam , Euronews-da çalışan hörmətli həmkarlarım. Sizi Azərbaycandan mən - 40 ildən artıq mətbuatda çalışan Aida Eyvazlı (Aida Eyvazova Məmmədşah qızı) narahat edir. Bir peşəkar jurnalist kimi sizin xəbərləri daim izləyir, dünyada baş verən hadisələrdən xəbərdar oluram.

Və xəbərarası keçidlərdə gündə bir neçə dəfə “Biz yalnız faktlara güvənirik. Dünyanın hər yerindən doğru xəbərləri veririk” fikrini təkrarlayırsınız. Son zamanlar sizin yayımladığınız xəbərləri izlədikcə, dediyinizin əksini görürəm. Əslində irqçilik və dövlətlərə dininə görə fərq qoymağınızı 2020-ci ildə Azərbaycanın 44 günlük savaşı dövründə də hiss etdim. Bunu çox açıq surətdə büruzə verirdiniz.

Ukrayna Donbası, Krımı rus işğalından xilas etmək istədiyi kimi, biz də 2020-ci ildə Vətənimizin bütövlüyü uğrunda tarixi torpaqlarımızı erməni işğalından xilas etmək üçün döyüşə başladıq.
Həmin günlərdə də Euronews-un efirindən daha çox erməni yalanlarına və feyklərinə yer verilirdi.

Bu gün işğalçı Rusiya tərəfndən torpaqları, əraziləri xarabalığa çevrilən, günahsız dinc əhalisi soyqırımı edilən, yurdlarından didərgin düşən ukraynalı bacı və qardaşlarımız, dostlarımız haqqında dayanmadan dolğun xəbərlər hazırlayırsınız.

Mən də, mənim həmkarlarım da Ukraynada baş verən hadisələrin ən doğrusunu 24 fevral 2022-ci ildən etibarən çalışırıq ki, sizin efirinizdən izləyək.

Efirinizi izləyəndə belə qənaətə gəlmək olur ki, Euronews TV-də çalışan redaksiya heyəti insanlara mənsub olduğu dinə və bölgəyə görə efir vaxtı ayırır. Bu münasibət də bir jurnalist kimi məni təəccübləndirməyə bilmir.

Sizin TV redaksiyasının hər biri əməkdaşına belə bir sual vermək istəyirəm:

- Hörmətli həmkarlar, siz heç 1992-ci ildə evidən-eşiyindən didərgin düşş, yurd-yuvası dağılmış, bütün doğmaları ermənilər tərəfindən vəhşicəsinə yandırılmış, qətlə yetirilmiş Xocalı sakinindən müsahibə aldınızmı? Ata-anasınn 1992-ci il fevralın 26-da itirən 25 azərbaycanlı uşaqdan xəbəriniz varmı? Ukraynada bu gün dağıntılar altından ata-anasının meyitini çıxaran uşaqları həmin o 25 azərbaycanlı uşağa bənzədirəm. Onlar bir-birinə çox bənzəyirlər. Bizim o uşaqlar artıq 30 il böyüyüblər. Onların övladları isə bu gün Ukraynada baş verən qətliamı gördükdə, valideynləri həmin uşaqlara deyir ki, baxın, ermənilər də bizim valideynlərimizi Ukraynada qətl edilən insanlar kimi vəhşəsinə öldürüblər.

Bu gün Ukrayna rəsmilərinin özü Buçada baş vermiş soyqırımını Xocalıda baş vermiş soyqırımına bərabər tuturlar. Azərbaycan və Ermənistan arasında üçüncü böyük qüvvələrin yaratdığı münaqişə dövrü ərzində 300-dən artıq uşaq ermənilər tərəfindən qətlə yetirilib. Təkcə Xocalı qətliamı baş verən gecə yaralanan 487 nəfərdən 76-sı uşaq olub. Xocalı faciəsində 155 uşaq bir və ya hər iki valideynini itirib, 71 uşaq itkin düşüb. O zaman uşaq olan 29 azyaşlı isə hələ də axtarılır.

Sizin əməkdaşlarınız erməni respondentlərdən onların uşaqlarının azərbaycanlılar tərəfindən qətlə yetirilib-yetirilməməsi haqqında soruşsa, onlar bu haqda fikirləşib, bir neçə həftədən sonra gəlib sizə yalan və feyk məlumatlar verəcəklər. Göstərdikləri şəkillər də qətlə yetirilən azərbaycanlı uşaqların şəkilləri olacaq. Onlar bunu artıq bir neçə dəfə ediblər. Onlar yalan danışır, siz isə tirajlayırsınız.

Qarabağ uğrunda apardığı müqəddəs savaşda azərbaycanlılar heç vaxt dinc əhaliyə, uşaqlara güllə atmadılar. Əsla! Biz qadın və uşaqları öldürmürük. Bizim əsgərlər sivil dünyanın sivil qaydaları ilə döyüşüb, öz tarixi torpaqlarını azad edəndə, ermənilərə dəhliz açdılar ki, övladlarını da, unitazlarını da götürüb zəbt etdikləri torpaqlarımızdan çıxsınlar.

Euronews! Sizdən bir də soruşuram, bir mavi ekranınız olduğu halda, siz niyə dünyada baş verən hadisələrə fərqli pəncərələrdən baxırsınız? Bir də bilirsinizmi diqqətinizə nəyi çatdırmaq istərdim?!
Mart ayının ortalarında Azərbaycan Ordusu öz tarixi sərhədlərini bərpa etmək üçün ermənilərin əsarətdə saxladıqları Fərrux dağını geri aldı.
Baxmayaraq ki, Az
ərbaycan Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında “Dağlıq Qarabağ” ifadəsinin artıq mövcud olmadığını bəyan edib, siz isə hələ də erməni separatçıların fikrini əsas götürərək, yayımladığınız reportajlarda “Dağlıq Qarabağ” sözünü işlədirsiniz. Fərrux yüksəkliyinin adını isə ermənilərə xoş olsun deyə “Fruk” və ya “Parux” yazırsınız.

Bu günl
ərdə elə həmin Fərrux dağı ətrafında azərbaycanlıların kütləvi məzarlığı aşkarlandı. Siz bu faktı da görməzdən gəldiniz. Belə kütləvi məzarlıqlarda ermnilərin əsir və girov apardıqları, 30 ildir ki, xəbər bilmədiyimiz 4000-dən çox vətəndaşımızın basdırıldığı güman edilir.

N
ə üçün birtərəfli mövqe sərgiləyirsiniz ki?

M
ən inanmaq istəmirəm ki, sizin sərgilədiyiniz belə birtəfəli mövqe insan haqlarını hər şeydən uca tutan Avropanın mövqeyidir. Sizin yayımladığınız xəbərlərdən belə nəticəyə gəlmək olur ki, ancaq avropalı və ya xristian olarsansa, sənin həqiqətlərini deyəcəklər. Əks halda, azərbaycanlı, türk, özbək, uyğursansa, sənin başına gətirilən haqsızlıqlara beynəlxalq aləmdə, əsasən də Avropada efir ayrılmayacaq.

Deyə bilərsiniz ki, siz efirinizdə əsasən Avropa xəbərlərini yayımlayırsınız. Bəs o zaman nədən 6 aprel 2022-ci ildə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistanın liderləri ilə Brüssel görüşünü yayımlamadınız?! Axı bu görüşdə Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel Azərbaycan torpaqlarının və ərazisinin toxunulmazlığı haqqında sənədi müzakirə edirdi. Və həmin görüşdəki rəsmi sənədlərdə “Dağlıq Qarabağ” deyil “Qarabağ” sözü qeyd olunub. Azərbaycan həqiqətlərini daha açıq deməyə sizə nə mane olur?!

Mən çox istəyərdim ki, necə ki, rusların Buça və Mariupolda yaşayan dinc sakinlərə atdığı bombaları göstərirsiniz, kaş ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək bizim yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutmasını da yayımlayasınız. Ermənilərin həmin 44 gün ərzində Gəncə, Mingəçevir, Tərtər və Bərdəyə atdığı raket bombaları nəticəsində həlak olmuş 90 nəfərdən çoxu mülki vətəndaş (30 nəfərdən çox qadın, 11 nəfər uşaq) idi. Kaş ki, müxtəlif dərəcəli ağır bədən xəsarətləri almış 400 nəfərdən çox dinc azərbaycanlı sakini (100-dən çoxu qadın və 36 uşaq) də öz efirinizdə göstərəydiniz.

“Bizim üçün bütün fikirlər vacibdir, Euronews – hərtərfli baxış nöqtəsidir” - sizin şüarınızdır.

B
əlkə bu səsləndirdiyiniz şüara hörmət əlaməti olaraq, bundan sonra düşmən tərəfin Müstəqil Azərbaycan Dövlətinin və Respublikasının ünvanına tənqid və ya böhtan dolu fikirlərini səsləndirəndə, Azərbaycan tərəfinin də mövqeyini nəzərə alasınız.
Yox, əgər sizdə belə efir ənənəsi mövcud deyilsə, o zaman türkdilli və müsəlman ölkələrində yaşayıb işləyən peşəkar jurnalistləri dəvət edin, gəlib sizə master-klass keçək.

Hörmətlə, jurnalist Aida Eyvazlı
[email protected]
11.04.2022

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi