Modern.az

Manera.az saytının 7 yaşı tamam olub

Manera.az saytının 7 yaşı tamam olub

Media

18 Aprel 2022, 16:49

Bu gün Manera.az saytının 7 yaşı tamam olub.
 

Modern.az-ın məlumatına görə, Manera.az fəaliyyətində daha çox ədəbiyyat, mədəniyyət, təhsil sahələrində cəmiyyət üçün maraqlı və faydalı olan mətnlərin dərc olunmasına üstünlük verir.

Saytın baş redaktoru Şəhla Aslan bildirib ki, Manera.az könüllülük prinsipiylə fəaliyyət göstərir:

“Biz bu saytdan heç bir maddi gəlir əldə etmirik. Heç bir qurumun təsir dairəsində olmayan, müstəqil şəkildə fəaliyyət göstərən (maddi büdcəsi olmadan) elektron media orqanını 7 il ayaqda saxlamaq mənəvi marağın maddi marağa qalib gəldiyi məsələsinə gözəl nümunə ola bilər.

 

Çox şadıq ki, 7 il müddətində oxucularda Manera.az-a inam yarada bildik. Biz bunu oxucuların saytımıza münasibətlərində görürük.

 

Saytımıza inanan, onu öz tribunası hesab edib bizimlə əməkdaşlıq edən bütün yazarlara, qurumlara təşəkkür edirik!”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi