Modern.az

Modern.az-da “Redaksiya siyasəti və peşə etikası qaydaları” müzakirə olundu 

Modern.az-da “Redaksiya siyasəti və peşə etikası qaydaları” müzakirə olundu 

Media

25 Aprel 2022, 11:42

Aprelin 25-də Modern Media Group-un redaksiyasında Media İnkişafı Agentliyinin (MEDİA) tövsiyələrinə uyğun olaraq “Redaksiya siyasəti və peşə etikası qaydaları” mövzusunda müzakirələr aparılıb.

Modern.az saytının baş redaktoru Anar Rüstəmov əməkdaşların diqqətinə çatdırıb ki, media subyektləri üçün “Redaksiya siyasəti və peşə etikası qaydaları” nümunəsi (şablonu) hazırlanıb. Nümunənin hazırlanmasında Azərbaycan Respublikasının Medianın inkişafı Agentliyi, Azərbaycan Respublikası Audiovizual Şurası, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin mütəxəssisləri, jurnalist təşkilatları və digər ekspertlər iştirak ediblər.

Bildirilib ki, “Redaksiya siyasəti və peşə etikası qaydaları” nümunəsində ümumi prinsiplər, xəbər və şərh, xəbər mənbələri ilə iş, təkzib və düzəlişin necə verilməsi qaydaları yer alıb.

Həmçinin qeyd olunub ki, dünyanın aparıcı media qurumları redaksiya siyasətini müəyyənləşdirən, etik norma, davranış/rəftar qaydalarını özündə ehtiva edən kodekslərə malikdir. Bu kodekslər media qurumunun missiyasını, ictimai məqsədlərini, fəaliyyətində söykəndiyi və rəhbər tutduğu dəyərləri, standartları, prinsipləri ictimaiyyət üçün aydınlaşdırır.

Birgə müzakirələrdən sonra Modern Media Group öz “Redaksiya siyasəti və peşə etikası qaydaları”nı təsdiq edib və Modern.az saytında xüsusi bölmə yaradılaraq, qaydalar ora yerləşdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu