Modern.az

Məşhur jurnalist axtarışa verildi

Məşhur jurnalist axtarışa verildi

Media

4 May 2022, 14:46

Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi məşhur rusiyalı teleaparıcı və publisist Aleksandr Nevzorovu beynəlxalq axtarışa verib.

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın "İnterfaks" agentliyi məlumat yayıb.


Agentlik bildirib ki, mayın 4-də Nevzorovun vəsiqəsi Rusiya Daxili İşlər Nazirliyinin axtarışında olan şəxslərin məlumat bazasında peyda olub.


Qeyd edək ki, Nevzorov aprelin 19-da özünün İnstaqram səhifəsində Ukraynaya qarşı döyüşən və əlində unitaz olan rus əsgərinin şəklini yerləşdirib. O, şəklə “Rus əsgəri-quldur” adı verib.


“Putinin Ukraynadakı müharibəsi Rusiyanın başladığı ən biabırçı savaşdır”, - deyə Nevzorov bildirib.

Müharibə başlayandan sonra İsrailə köçən jurnalist rəsmi Moskvanın ən qatı tənqidçilərindəndir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu