Modern.az

Aytən Məmmədova MEDİA-ya dəvət olundu

Aytən Məmmədova MEDİA-ya dəvət olundu

Media

10 May 2022, 11:30

Medianın İnkişafı Agentliyi jurnalist Aytən Məmmədovaya bıçaqlı hücumu nəzarətdə saxlayır.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin (MEDIA) rəhbəri Əhməd İsmayılov bildirib.

 

MEDİA rəhbəri jurnalistlə əlaqə saxlanıldığını söyləyib: "Aytən Məmmədova bu gün Agentliyə dəvət olunub. Hadisə ilə bağlı bu gün ətraflı müzakirə aparılacaq. Məsələ barədə Daxili İşlər Nazirliyi ilə də əlaqə saxlanılıb. Jurnalistə hücumla bağlı məsələ onların da diqqətindədir. Məsələyə hüquqi qiymət verilməsi üçün müvafiq işlər görülür".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu