Modern.az

QHT Agentliyinə yeni mətbuat katibi TƏYİN OLUNDU

QHT Agentliyinə yeni mətbuat katibi TƏYİN OLUNDU

Media

10 May 2022, 12:48

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində yeni təyinat olub.

Modern.az saytının məlumatına görə, Leyla Kərimova Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri – mətbuat katibi vəzivəsinə təyin olunub.

Xəbəri təsdiqləyən L.Kərimova deyib:

“Media mənim hər zaman sevdiyim və zövqlə icra etdiyim bir sahədir. İşlədiyim yerdən asılı olmayaraq hər zaman bu sahəni sevərək icra etmişəm. Bugündən etibarən Agentlikdə ictimaiyyətlə əlaqələr və kommunikasiya işlərini icra edəcəm. Göstərilən yüksək etimada, diqqətə görə Agentliyin rəhbərliyinə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, L.Kərimova əvvəllər Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi şöbəsində çalışıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu