Modern.az

Jurnalist Qadir İbrahimli reanimasiyaya yerləşdirilib

Jurnalist Qadir İbrahimli reanimasiyaya yerləşdirilib

19 May 2022, 12:08

Tanınmış jurnalist, “İstiqlal.az” saytının rəhbəri Qadir İbrahimlinin səhhətində ciddi problem yaranıb.
 

Modern.az xəbər verir ki, bu barədə jurnalistin dostları sosial şəbəkədə bildiriblər.
 

Q.İbrahimli mayın 18-də axşam saatlarında Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun qaraciyər xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Q.İbrahimlinin şəkər xəstəliyi də var.

Ağır vəziyyətdə olan jurnalistin hazırda müalicəsi davam etdirilir.

Həmkarları hadisə ilə əlaqədar Mətbuat Şurasına müraciət edərək, Q.İbrahimliyə dəstək verilməsini istəyiblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu