44 günlük Vətən müharibəsinin iştirakçısı, Cumhuriyyet.az saytının rəhbəri Nəsimi Şərəfxanlı bir neçə gün öncə intihara cəhd edib.
Modern.az xəbər verir ki, mayın 14-də ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən Nəsimi Şərəfxanlının özünəqəsd məqsədi ilə sirkə turşusu içdiyi bildirilir.
Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu deyib ki, hazırda Toksikologiya şöbəsində müalicə olunan jurnalistin vəziyyəti yaxşıdır:
“Bu ayın 14-də ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib və Toksikologiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti yaxşıdır. Təhlükə sovuşub”.
Qeyd edək ki, ehtiyatda olan baş leytenant N.Şərəfxanlı prezident İlham Əliyevin imzaladığı sərəncamlarla “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə də təltif edilib.
Jurnalist evlidir və iki oğlan övladı var.