Modern.az

“RİA Novosti” Azərbaycanda BLOKLANDI

“RİA Novosti” Azərbaycanda BLOKLANDI

Media

4 İyun 2022, 08:20

Rusiyanın “RİA Novosti” xəbər agentliyi Azərbaycan ərazisində bloklanıb.

 

Modern.az xəbər verir ki, “RİA Novosti” özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən separatçı Artak Beqlaryanın müsahibəsini dərc edib. Agentliyin təxribatçı addımı Azərbaycanda etiraz doğurub. 

 

Rəsmi Bakı “RİA Novosti”də ölkəmiz əleyhinə müsahibənin yayımlanmasını Azərbaycan və Rusiya arasında Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamənin müddəalarının kobud şəkildə pozulması kimi qiymətləndirilib.

 

XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və ciddi təəssüf doğurur.

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi