Modern.az

Tanınmış aparıcı illər sonra efirə qayıtdı

Tanınmış aparıcı illər sonra efirə qayıtdı

Media

25 İyul 2022, 21:46

Tanınmış teleaparıcı Nigar Mahmudova uzun illərdən sonra yenidən efirə qayıdıb.

 

Modern.az xəbər verir ki, bu barədə Xəzər TV-nin rəhbəri Murad Dadaşov sosial şəbəkə hesabında yazıb.

 

Onun sözlərinə görə, N.Mahmudova “Xəzər Xəbər”də aparıcılıq edəcək: 

 

“Artıq bir müddətdir bizimlə birgə olan Nigar Mahmudova, bu gündən xəbər spikeri kimi efirimizdə olacaq. İnkişaf xəttini özü üçün prioritet seçən "Xəzər Media Mərkəzi" qarşınıza daima yeniliklərlə gələcək. Nigar Mahmudovanı aramızda görməkdən çox məmnunuq və bərabər çıxdığımız yolda Azərbaycan adına daima uğurlu işlərə imza atacağımıza inanırıq!”. 

 

Qeyd edək ki, Nigar Mahmudova vaxtilə ANS TV-də çalışıb. O, daha sonra Türkiyədə yaşayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu