Modern.az

“Azadlıq” tənqidi yazılardan geri çəkilir?

“Azadlıq” tənqidi yazılardan geri çəkilir?

18 Mart 2013, 14:46

Daxili İşlər naziri Ramil Usubov və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun iddiaları üzrə "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı məhkəmənin hazırlıq iclası bu gün Yasamal rayon məhkəməsində davam edib. Məlumada bildirilir ki, hər iki nazir “Azadlıq” qəzetinə olan iddialarından geri çəkiliblər.

Bundan sonra “Azadlıq” qəzeti məmurlara qarşı tənqidi yazı yazacaqmı? Modern.az-a bu barədə danışan qəzetin redaktoru Sücəddin Şərifovun cavabı qısa olub: “Həmin nazirlərin iddiaları olduğu müddətdə də tənqidi materiallar dərc etmişik. Bundan sonra da bu işi davam etdirəcəyik. Heç bir məmurun “Azadlıq”da toxunulmaz hüququ yoxdur”-deyə bildirib.     Xatırladaq ki, daxili işlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid barəsində cinayət təqibi başlamaq və onu cəzalandırmaq tələbi ilə məhkəməyə müraciət ediblər. Səbəb Q. Zahidin “Azadlıq”da dərc olunmuş “Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib” başlıqlı yazısıdır.  

Aqşin Kərimov
 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi