Modern.az

“Sputnik-Azərbaycan”ın redaktorları istefa verdi

“Sputnik-Azərbaycan”ın redaktorları istefa verdi

5 Avqust 2022, 10:24

“Sputnik-Azərbaycan” informasiya agentliyinin redaktorları "Qisas" əməliyyatı zamanı Azərbaycanın atəşkəsi pozduğunu iddia edən Rusiya Müdafiə Nazirliyinin məlumatını tirajlamaqdan imtina edərək tam tərkibdə istefa veriblər.

 

Modern.az xəbər verir ki, istefa verən redaktorlar bu barədə sosial şəbəkədə məlumat paylaşıblar.

 

Belə ki, Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Elena Starostina və Gülzar Mustafayeva "Facebook" paylaşımlarında Azərbaycan vətəndaşları olaraq "Sputnik"də Azərbaycanın maraqlarını bacardıqca qoruduqlarını, buna gücləri çatmadıqda isə istefa vermək məcburiyyətində qaldıqlarını qeyd ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi