Modern.az

Yubiley ərəfəsində “Molla Nəsrəddin”ə ittiham: "Mirzə Cəlil xalq barədə ifrata varıb”

Yubiley ərəfəsində “Molla Nəsrəddin”ə ittiham: "Mirzə Cəlil xalq barədə ifrata varıb”

Media

29 Mart 2013, 16:39


Aprelin 7-də Azərbaycan jurnalistika və publisistikasının mühüm səhifəsi olan “Molla Nəsrəddin” jurnalının ildönümüdür. “Molla Nəsrəddin” XX əsrin əvvəllərindən ta bu günədək Azərbaycana xidmət etməkdədir. Amma istər fəaliyyət göstərdiyi ilk illərdə, istər sovet dönəmində, istərsə də müasir dövrdə jurnal barədə fikirlər birmənalı olmayıb. Bəziləri bu nəşri ictimai bəlaların sərt və ədalətli tənqidçisi sayır. Digər tərəf “Molla Nəsrəddin”in tənqidində ifratçılıq və qərəzlilik görür.

Modern.az-a açıqlamasında yazıçı-publisist Mehriban Vəzir ikinci fikrin daşıyıcılarından olduğunu isbatlayır: ““Molla Nəsrəddin” jurnalı Azərbaycan mətbuat tarixində fövqəladə bir yer tutur. Jurnalın ictimai və milli şüura xidməti çox böyükdür. Amma jurnalın həm o dövrdə, həm də bu dövrdə tənqidçiləri də olub, tərifçiləri də. Bunun da səbəbi jurnalın həmişə diri qalmasıdır. O dövrdə də Mirzə Cəlilin üslubu çox qəribə və ağlasığmaz olduğundan ictimai fikirdə qınaqlara məruz qalıb, hətta mürtəd elan olunub. Həmçinin qoçular və bəy zümrəsi tərəfindən də çox hədələrə məruz qalıb. Xüsusən də Qarabağda, Kəhrizlidə yaşadığı zamanda bu təqiblər daha da artmışdı. Mirzə Cəlil bəzən gerçəklikləri təhrif edirdi. Belə bir tarixi fakt var ki, Mirzə Cəlil ona yüksək səviyyədə qonaqlıq verən bəylərə sonradan gedib həcv yazmışdı. Onlar da onu cəzalandırmaq istəmişdilər. Sonda demişdilər ki, “get qurban ol Həmidə xanıma!” Həmidə xanımın xatirələrində də bu kimi faktlar var. O, “Molla Nəsrəddin”in yaşaması və fəaliyyəti üçün Həmidə xanım bütün var dövlətin  xərcləməli olub. Həmidə xanımın da məqsədi cəmiyyətə xidmət etmək idi. Amma yenə də deyirəm ki, bu nəşrdə təhriflər çoxdur. İfratavarma da gözə dəyir. “Molla Nəsrəddin”ə obyektiv qiymət vermək lazımdır. Onu ideallaşdırmaq lazım deyil. Çünki orda ictimai fikrə xidmətlə yanaşı, qüsurlar da az deyildi“.

Xatırladaq ki, bir müddət öncə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Cəlil Məmmədquluzadənun naşiri olduğu “Molla Nəsrəddin” jurnalını ciddi tənqid edib. 

Elmin Nuri

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi