Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov Modern.az xəbər agentliyinin kollektivini təbrik edib.
Agentliyin fəaliyyətə başlamasının 13 illiyi münasibətilə ünvanlanan təbrikdə deyilir:
“Hörmətli Modern.az kollektivi,
Sizi çalışdığınız kütləvi informasiya vasitəsinin 13 yaşının tamam olması münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Modern.az saytı ötən 13 il ərzində Azərbaycanda internet medianın cəmiyyətdəki yeri və rolu, fəaliyyət dairəsinin spesifik cəhətləri ilə bağlı kifayət qədər bitkin təsəvvür formalaşdırmağa nail olub. Portal rəngarəng dəst-xətti ilə ortaya bu yeniliyin nümunəsini qoymağı bacarıb. Özünəməxsus təqdimat tərzi və peşəkarlıq xüsusiyyətləri ilə seçilib.
Hesab edirəm ki, Modern.az xəbər portalını Azərbaycanın media məkanında hələ çox uzun yol gözləyir. Portal əməkdaşlarına bu yolda yeni-yeni uğurlar, çoxsaylı ad günləri, yubileylər arzulayıram".