Modern.az

Jurnalist peşəsinə hörmətlə çalışan Modern.az - Cavanşir Feyziyev yazır 

Jurnalist peşəsinə hörmətlə çalışan Modern.az - Cavanşir Feyziyev yazır 

Media

1 Sentyabr 2022, 20:14

Bu gün Modern.az saytının 13 yaşı tamam olur.

 

Modern.az xəbər verir ki, Milli Məclisin deputatı Cavanşir Feyziyev bu münasibətlə özünün "Facebook" səhifəsində təbrik mesajı yazıb.

 

Deputat qeyd edib ki, sayt yarandığı gündən beynəlxalq aləmdə və ölkə daxilində baş verən ən mühüm hadisələrin xülasəsini və şərhini davamlı olaraq oxucularına çatdırmaqla ölkəmizdə informasiya mühitinin sağlam və hərtərəfli şəkildə inkişaf etdirilməsi işinə böyük töhfələr verib. 

 

"Saytın əməkdaşlarının informasiyanın toplanması, emalı və çatdırılması prosesini obyektiv şəkildə və eyni zamanda mənəvi-etik davranış kodeksinə uyğun olaraq həyata keçirməsi, hadisələrə bitərəf və qərəzsiz mövqeyi və tərəddüdsüz şəkildə yalnız xalqımızın milli maraqlarından çıxış etməsi "Modern.az" oxucularının sayını ildən-ilə artırıb. Bu gün "Modern.az" daim yenilənən və yalnız reallığı əks etdirən obyektiv informasiya portalı kimi yüz minlərlə vətəndaşın istinad mənbəyinə çevrilib", - deyə deputat bildirib.

 

Cavanşir Feyziyev vurğulayıb ki, mətbuatdan dezinformasiya və şantaj üsulu kimi istifadə etməyə cəhd göstərən bir sıra informasiya vasitələrindən fərqli olaraq "Modern.az" izləyicilərinə təqdim edəcəyi informasiya materiallarının toplanması, faktların yoxlanılması və peşə etikasına uyğun şəkildə geniş ictimaiyyətə təqdim edilməsi işində örnək sayılan informasiya mənbəyidir.

 

"Yaranmasının 13 illiyi münasibətilə "Modern.az" portalının jurnalist peşəsinə hörmət və sədaqətlə çalışan bütün kollektivini təbrik edirəm. Onlara peşəkar fəaliyyətində və yaradıcılıq axtarışlarında yeni-yeni uğurlar arzu edirəm", - deputat sözlərini yekunlaşdırıb. 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu