Modern.az

Zamin Hacı “Molla Nəsrəddin”də nə tapıb?

Zamin Hacı “Molla Nəsrəddin”də nə tapıb?

Media

2 Aprel 2013, 15:21

“Molla Nəsrəddin” jurnalının yubileyi ərəfəsində Modern.az-ın başladığı polemika davam edir. Deputat İsa Həbibbəylidən sonra “Yeni Müsavat” qəzetinin köşə yazarı, Mirzə Cəlil sevdalısı Zamin Hacı da “Mollla Nəsrəddin”in müdafiəsinə qalxdı.

– Satirik üslubda bir janr olaraq şişirtmələrin olması təbiidir. Ola bilsin onlar onu başa düşməyiblər. “Molla Nəsrəddin” üslubunu başa düşməyən adamlar ancaq bu fikri deyə bilər. “Molla Nəsrədin” bizim üçün yenilik idi. Amma “Molla Nəsrəddin” məktəbinin təmsilçiləri olan Mirzə Cəlil , Mirzə Ələkbər Sabir orta əsr Avropasında fəaliyyət göstərmiş Rable, Conatan Svifit, Volterin davamçıları idilər. Rablenin “Qarqantua və Pantaqrueli”, Conatan Sviftin “Qulliverin səyahəti” və “Çəlləyin nağılı” Volterin “Kandid” əsəri çox satirikdir. Orda da dini xadimlər barəsində satirik tənqidlər var. İndi biz deyə bilərikmi onlar tarixi faktları təhrif  edib? Xeyr! Sadəcə vəziyyətin dramatikliyini çatdırmaq üçün yazıçı və publisist şişirtmədən istifadə edə bilər. Məsələn, Mirzə Cəlil Şeyx Nəsrullahı o cürə təsvir etmişdisə, bu demək deyil ki, o, Naxçıvanda, yaxud hardasa olmus bir hadisəni olduğu kimi köçürdüb. Xeyr! Sadəcə hardasa elə bir fakt olub və Mirzə Cəlil də onu öz üslubundan istifadə edərək yazıb. “Molla Nəsrəddin”in nə səhvi var ki? Məsələn, orda ermənilərlə müqayisələr var. Bu yalandımı? Əlbəttə, yox. Bu indi də var. Biz indi də görürük ki, bizim şeyximiz kartof satıb cibini doldurmaqla, Çexiyada özünə biznes qurmaqla məşğuldur. Amma ermənilərin “şeyxi”, yəni keşişi Üçmiədzində məktəb açıb kasıb erməni uşaqlarını oxutdurur. Bu faktdır. Ermənistana gedib-gəlmiş jurnalistlər deyirdilər ki, onların dini lideri Üçmiədzində universitet tipli bir məktəb açıb. Yüz il əvvəl də belə olub, indi də belədir. Axı necə olur ki, “Hophopnamə”nin nəşri üçün Qarabağ bəylərindən pul istəyirlər? Onlar verməyib, amma erməni bəyləri verib. Mirzə Cəlilin Həmidə xanıma məktubları var. Orada yazılır ki, Mirzə Cəlil bəzi dostlarına jurnalı Bakıda satmaq üçün nüsxələr verir. Sonra onların pulunu heç həmin şəxslərdən ala bilmir. Çünki həmin adamlar o pulları basıb-yeyirmişlər. Onlar belə vəziyyətdə jurnal çıxarıblar. Məndə “Molla Nəsrəddin”in nömrələrinin toplandığı ensiklopediyanın hər iki cildi var. Hərdən açıb onu oxuyuram və dəhşətə gəlirəm. Çox şeylər indi də aktualdır.

Nənəmdən öyrənmişdim ki, Füzuli rayonunun köhnə adı Qarabulaq olub. Amma bunu heç kimə sübüt edə bilmirdim. Hamı Qaryagin bilirdi. Amma “Molla Nəsrəddin” jurnalında bir felyetonda bir cümlə tapdım. Yazılmışdı ki, “Ağdam şəhərindən Cəbrayıla gedəndə Qarabulaqdan keçirsən. Artıq mən bununla sübut edə bildim. Burda hansı tarixi təhriflər var ki?

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi