Modern.az

YAP-ın eks-mətbuat katibi AzTV-də çalışacaq

YAP-ın eks-mətbuat katibi AzTV-də çalışacaq

Media

8 Sentyabr 2022, 10:34

Bir müddət əvvəl hakim Yeni Azərbaycan Partiyası (YAP) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən ayrılan Elməddin Quliyev bundan sonra Azərbaycan Televiziyasında (AzTV) çalışacaq.

Modern.az-ın məlumatına görə, bu barədə E.Quliyevin özü bildirib.

“Artıq bu gündən doğma kollektivim Azərbaycan Televiziyasındayam. Daim yenilənən AzTV-də görülən işlərin tərkib hissəsi olmağa çalışacağam”, - E.Quliyev deyib.


Xatırladaq ki, Elməddin Quliyev YAP-dakı vəzifəyə gəlməzdən əvvəl də AzTV-də çalışmışdı. O, uzun müddət Dövlət Statistika Komitəsinin mətbuat katibi vəzifəsini tutub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu