Modern.az

Memarlıq və İnşaat Universitetinə yeni mətbuat katibi təyin olundu

Memarlıq və İnşaat Universitetinə yeni mətbuat katibi təyin olundu

Media

13 Sentyabr 2022, 16:22

Azərbaycan Memarlıq və İnşaat Universitetinin PR və Media bölməsinə rəhbər təyin olunub.

Modern.az xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Universitetin PR və Media bölməsinə jurnalist Nicat Abdullayev rəhbərlik edəcək.

Nicat Abdullayev Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib və bu təyinatına qədər İctimai, eləcə də ARB24 telekanallarında müxbir, redaktor, Azərbaycan Texniki Universitetində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumlarında PR menecer vəzifələrində çalışıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!