Arxiv
20 Sentyabr 2022, 18:49 | MEDİA
Jurnalistlərin qurultayında 140 təşkilat iştirak edəcək

Sentyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində keçirilməsi planlaşdırılan Azərbaycan jurnalistlərinin VIII qurultayında 140 üzv təşkilat iştirakını təsdiqləyib.

 

Bu barədə Modern.az-a Mətbuat Şurasından məlumat verilib.

 

Bildirilib ki, sentyabrın 20-də Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin iclası keçirilib. İclasda Mətbuat Şurasına üzv təşkilatlar Şuranın İdarə Heyətinə namizədlərin və qurultayda iştirak edəcək nümayəndələrin verilməsini başa çatdırdıqları qeyd olunub. Sentyabrın 7-dən başlayaraq icra olunmuş bu fəaliyyət çərçivəsində onlara MŞ-nin presscouncil.az saytında yerləşdirilmiş “Azərbaycan jurnalistlərinin VIII qurultayı” bölməsinə daxil olaraq iki anketlə tanışlıq imkanı yaradılıb.

 

Üzv təşkilatlar anketlərdən birinə qurultayda iştirak edəcək nümayəndələrinin adlarını yazıblar. Qeyd edək ki, Təşkilat Komitəsinin qərarına əsasən, ali məclisdə gündəlik qəzetlər və informasiya agentlikləri 2, həftəlik və aylıq qəzetlər, həmçinin jurnallar, jurnalist təşkilatları, internet informasiya resurları və digər qurumlar 1 nümayəndə ilə təmsil olunacaqlar. Ümumilikdə 140 üzv təşkilat qurultayda iştirakını təsdiqləyib.

 

TK üzv təşkilatların qurultayda iştirakının təşviqi üçün bütün müvafiq maarifləndirmə işlərini gerçəkləşdirib. Mövcud xüsusda həm məlumatlar paylaşılıb, həm də fərdi danışıqlar aparılıb. Bununla yanaşı, müəyyənləşdirilib ki, bir sıra üzv təşkilatların MŞ ilə əlaqələri itib, uzun illərdir illik üzvlük haqqı ödəmirlər, bəziləri fəaliyyətlərini dayandırıblar. İclasda belə qurumların, əsaslı səbəb olmadan qurultaya qatılmayanların Mətbuat Şurasından uzaqlaşdırılması qərara alınıb. Eyni zamanda onların ali məclisdə iştirak etməmələrinin yetərsay baxımından qiymətləndirilməməsi məqsədəmüvafiq sayılıb.

 

Təşkilat Komitəsi onu da müəyyənləşdirib ki, üzv təşkilatlar jurnalistlər və ictimaiyyət nümayəndələri daxil olmaqla ümumilikdə 301 şəxsi Şuranın İdarə Heyətinə namizəd kimi göstərərək onların adlarını müvafiq anketə qeyd ediblər. Həmin şəxslərin 152-nin adı anketlərdə bir, 40-nın adı iki, 18-nin adı üç, 6-nın adı dörd, 3-nün adı beş, 5-nin adı altı, 4-nün adı yeddi, 5-nin adı səkkiz, 5-nin adı doqquz dəfə çəkilib. Adları anketlərə 10-20 aralığında yazılmış namizədlərin sayı 18-dir. Namizdələrin verilməsi prosesində anketlərə bir şəxsin adı ən çox 112 dəfə daxil edilib. Eyni təşkilatın namizəd anketinə iki və daha artıq şəxsin adını təkrarən yazması hallarına da rast gəlinib ki, bu zaman yalnız bir səs əsas götürülüb.

 

Təşkilat Komitəsi Mətbuat Şurasının Nizamnamə tələbini rəhbər tutaraq yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adını daxil edib. Həmin şəxslərin adları TK-nın növbəti məlumat yayımında açıqlanacaq.

 

Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VIII qurultayı saat 10:00-da öz işinə başlayacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan KTMT-dən çıxır
Stadionda ölənlərin sayı artdı 11:11, Bu gün İran dronları Ukraynada məhv edildi  11:08, Bu gün Pullarını şəhər meriyasına vəsiyyət etdi 11:00, Bu gün 4 yaşlı uşaq 4-cü mərtəbədən yıxıldı 10:51, Bu gün Yasamalda avtomobil yandı 10:43, Bu gün Diasporumuz AYAQDA: şəhidlərimiz dünyada anıldı 10:34, Bu gün 17 yaşlı velosipedçini avtomobil vurub öldürdü 10:25, Bu gün Daha bir boksçumuz erməniyə qalib gəldi  10:16, Bu gün Bolqarıstanda seçki başladı 10:07, Bu gün 70 yaşlı piyadanı avtomobil vurdu 09:58, Bu gün 2 aktrisa bədbəxt hadisənin qurbanı oldu 09:48, Bu gün Futbol matçında iğtişaş: 127 nəfər öldü - VİDEO 09:39, Bu gün Türkiyədə İŞİD üzvləri qandallandı  09:30, Bu gün Traktor aşdı: 22 nəfər öldü  09:23, Bu gün Qardaş ölkə qrup lideri oldu 09:14, Bu gün İmran Xanın həbsinə qərar verildi 09:05, Bu gün Türkiyədə güclü yanğın 09:00, Bu gün Hava küləkli olacaq 08:17, Bu gün Əkrəm Əylisli nədən qorxur? 01:25, Bu gün İrəvan separatçıları “tərəf”ə çevirmək istəyir - TƏHLİL 01:11, Bu gün İran və ABŞ arasında məhbus mübadiləsi  00:59, Bu gün Meksikada helikopter qəzası - Ölənlər var 00:29, Bu gün Avropa liderləri "Şimal axını" ilə bağlı görüş keçirəcək 1 Oktyabr 2022, 23:57 Müdafiə naziri Ukraynaya gizli səfər edib 1 Oktyabr 2022, 23:21 Rusiyadan İtaliyaya qaz tədarükü dayandırıldı 1 Oktyabr 2022, 23:17 Türkiyədə ağır qəza - 25 nəfər yaralandı 1 Oktyabr 2022, 22:54 Cüdoçularımız Avropada 6 medal qazandı 1 Oktyabr 2022, 22:43 Rəhim Rəhimlinin həkimi danışdı: “Bu qədər yaşayacağını düşünmürdüm” 1 Oktyabr 2022, 22:30 Ukrayna üçün lend-liz qanunu qüvvəyə mindi  1 Oktyabr 2022, 22:26 Polşa Belarusla sərhəddə divar tikintisini başa çatdırdı 1 Oktyabr 2022, 21:57 36 yaşlı kişini maşın vurub öldürdü 1 Oktyabr 2022, 21:49 Türkiyə Dünya Kuboku üçün Qətərə qoşun göndərəcək  1 Oktyabr 2022, 21:36 Erməni əsgər xidmət yoldaşını azərbaycanlı zənn edərək öldürdü 1 Oktyabr 2022, 21:24 Türkiyə terrorçuları PUA-larla vurdu 1 Oktyabr 2022, 20:59 Krımın Belbek aerodromunda güclü partlayış olub 1 Oktyabr 2022, 20:32 Rus milyarderin superyaxtası satışa çıxarıldı 1 Oktyabr 2022, 20:24 TƏBİB yanğında xəsarət alanlar haqda məlumat yaydı 1 Oktyabr 2022, 20:21 “İlham Əliyev olmasaydı, bizim üçün asan olmazdı” - Vuçiç 1 Oktyabr 2022, 20:14 “Qarabağ” “Neftçi”ni məğlub edərək lider oldu 1 Oktyabr 2022, 19:57