Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adı dəyişdirildi.
Modern.az-ın əməkdaşının verdiyi xəbərə görə, bu barədə Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Azərbaycan Jurnalistlərinin VIII qurultayında bildirib.
Təklifə əsasən, qaydanın adı yeni versiyada - Azərbaycan Jurnalistlərinin Etik Kodeksi adlandırılacaq.
Müşfiq Ələsgərlinin sözlərinə görə, yeni qəbul olunmuş Media haqqında qanunda da həmin ifadə bu cür göstərilib.
O qeyd edib ki, yeni çağırışlara uyğun olaraq qaydanın adı dəyişdirilir.
Növbəti dəyişiklik isə "Gender bərabərliyi və ayrı-seçkiliyə yol verilməməsi ilə əlaqədardır.
Təklif səsə qoyulub və qurultay nümayəndələri tərəfindən qəbul olunub.
11:18***
Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adı dəyişdirilir.
Modern.az-ın əməkdaşının verdiyi xəbərə görə, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Jurnalistlərinin VIII qurultayında bildirib.
O qeyd edib ki, müasir çağırışlara uyğun olaraq qaydanın adı dəyişdirilir.
Təklifə əsasən, qaydanın adı yeni versiyada - Azərbaycan Jurnalistlərinin Etik Kodeksi adlandırılacaq.