Modern.az

"Ən böyük reketlər ciddi mətbuat subyektlərində oturublar" - Natiq Məmmədli

Media

30 Sentyabr 2022, 15:38

“Reket elementləri ilə peşəkarcasına məşğul olanların əksəriyyəti bizim ciddi media subyektlərində oturublar”.


Modern.az-ın məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli İctimai TV-nin efirində deyib.

O bildirib ki, reket jurnalistlərlə bağlı mübarizədə nəticə əldə etmək problemin kökünü axtarmalıyıq:

“Reket mətbuat, şantajçılar hər zaman kimlərinsə işinə yarayır. Bunun kökünü mətbuatda deyil, başqa yerdə axtarmalıyıq. Reket jurnalistikaya qarşı mübarizə aparmaq bizim peşəmizin gələcəyi ilə bağlı məsələdir. Mübarizəni qanun müstəvisində necə aparırıq? Məsələn, "Media haqqında" Qanunda da, Agentliyin keçirdiyi müsabiqələrdə də göstərildiyi kimi, mediaya bütün ödənişlər, jurnalistlərin gəliri şəffaf olmalıdır. Əgər media dövlətin güzəşt və imtiyazlarından faydalanmaq istəyirsə, gəlirləri şəffaf olmalıdır. Mediaya qeyri-rəsmi ödənişin hər bir qəpiyi media etikasına, Azərbaycan dövlətinin və ictimaiyyətinin maraqlarına qarşı işləyir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır