Modern.az

\"Xəzər\" TV 15 yaşında

\

5 Oktyabr 2022, 14:24

“Xəzər” televiziyasının fəaliyyətə başlamasından 15 il ötür.

 

Modern.az-ın məlumatına görə, "Xəzər" TV 5 oktyabr 2007-ci ildə “Ailənizin Xəzəri” sloqanı ilə fəaliyyətə başlayıb.

 

Fəaliyyətə başladığı dövrdə telekanalın prioriteti xəbər yayımı olub. Özünəməxsus xəbər təqdimatı ilə seçilən və baxılan “Xəzər TV” 15 ildir ki, ən etibarlı mənbə kimi məhz bu sahədə reytinqlərdə birincilərdəndir.

 

“Xəzər TV” 2013-cü ildən etibarən Azərbaycan teleməkanında ilk dəfə gündəlik seriallarla efirə gəlib. Xəbərlərin reytinqində qazandığı birinciliyi yayımladığı teleseriallarda da qoruyub və ən çox serial izlənilən telekanala çevriliv. 2016-ci ildə yeni inzibati binaya köçüb. 1,2 hektar ərazidə, 6750 m2-lik tikinti hissəsində, 25.000 m2 bağlı sahədə tikilən yeni inzibati bina 10 mərtəbədən ibarətdir. Binada 2500 m2-lik 5 çəkiliş studiyası, 1000 m2-lik böyük şou studiyası, 250 m2-lik 3, 500 m2-lik 1, 250 m2-lik 1 studiya, bu studiyaları idarə edən 3 efir studiyası var. 1300 m2-lik Xəbər mərkəzi, 3 dublyaj studiyası, 2 səsyazma studiyası, müasir miksaj və montaj otaqları telekanalın fəaliyyəti üçün geniş imkanlar yaradır.

 

250 nəfərlik sinxron tərcümə imkanına malik müasir konfrans zalı, kitabxana, 256 iş otağı, 4 böyük seminar, 10 iclas otağı, geniş və rahat yeməkxana “Xəzər” ailəsinin üzvləri üçün rahat və zövqlü iş şəraitinin təşkilinə hesablanıb. 2016-cı ildə “AGB” reytinq hesablama şirkətinin rəyinə əsasən reytinqlərdə birincilik əldə edin. 2017-ci il sentyabrın 18-də “Xəzər TV” Bakı şəhəri üzrə HD yayım formatına keçib. Bütün kabel kanalları vasitəsilə “Xəzər TV”-ni izləmək mümkündür.

 

2020-ci ildən Murad Dadaşov “Xəzər TV” MMC-nin baş direktoru təyin olunub. "Azerspace-1" peykində HD yayım formatına keçib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü