Modern.az

Misir saytları Edilli məzarlığı haqda manşet yazısı yayıb

Misir saytları Edilli məzarlığı haqda manşet yazısı yayıb

Media

12 Oktyabr 2022, 00:27

Misirin newss.com və culturenews.info saytları Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində ermənilər tərəfindən amansızlıqla qətlə yetirilmiş azərbaycanlı hərbçilərin kütləvi məzarlığının aşkarlandığı barədə məqalə yayıb.

Modern.az saytının redaktoru Əfqan Qafarlının hazırlayaraq, ərəb mətbuatına təqdim etdiyi yazıda erməni vəhşiliyi təsvir olunub.

Müəllif qeyd edib ki, məzarlıqda Birinci Qarabağ müharibəsi (1988-1994) zamanı ermənilər tərəfindən öldürülmüş 12 azərbaycanlı hərbçiyə məxsus sümüklər tapılıb. Onların işgəncəyə məruz qaldıqdan sonra öldürüldüyü vurğulanıb.

"Bu, eyni kənddə tapılan üçüncü kütləvi məzarlıqdır. Belə ki, bu ilin əvvəlki aylarında Edilli kəndindəki daha iki yerdə azərbaycanlıların qətlə yetirilərək kütləvi basdırıldığı ərazilər müəyyən edilmişdi. Həmin ərazilərin birində 7, digərində 18 meyitin qalıqları tapılmışdı. Beləliklə, erməni vəhşiliyini sübut edən növbəti fakt üzə çıxıb...", - yazıda bildirilib.

Yazıda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdən sitat gətirilib: "Edilli kəndi 1988-1994-cü illərdə Ermənistan tərəfindən azərbaycanlı əsir və girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib".

Müəllif 1988-1994-cü illərdə davam etmiş Birinci Qarabağ müharibəsində 4000 azərbaycanlı hərbçi və mülki vətəndaşın hələ də itkin düşmüş sayıldlğını vurğulayıb. Onlardan çoxunun əsir götürüldüyü və işgəncəyə məruz qaldıqdan sonra öldürülərək kütləvi məzarlıqlarda basdırıldığı güman olunur.

Qeyd edək ki, Misirin hər iki saytı Edilli məzarlığı barədə məqaləni yayımladığı gün manşet yazısı kimi təqdim edib.

Yazılara  buradan - newss.com və culturenews.info linklərindən baxmaq olar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu