Modern.az

AzTV-nin bütün sədrləri bir GUŞƏDƏ

AzTV-nin bütün sədrləri bir GUŞƏDƏ

Media

12 Oktyabr 2022, 00:49

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin foyesində "AzTV QSC-nin sədrləri" adlı guşə yaradılıb.

Modern.az xəbər verir ki, yaşlı əməkdaşların bildirdiyinə görə, belə bir guşənin yaradılması və bütün keçmiş sədrlərə eyni prizmadan yanaşılması təqdir olunur.

Qeyd edək ki, Azərbaycan Televiziyası 1956-cı ildə Mədəniyyət Nazirliyinin tabeliyində Bakı Televiziya Studiyası adı ilə fəaliyyətə başlayıb.


1957-ci ildən Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adı daşıyıb.


1970-ci ildə Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu alıb, 1991-ci ildə eyni adda şirkətə çevrilib. 2005-ci ildən indiki adı ilə fəaliyyət göstərir.


İlk dəfə 1956-cı ildə Bakı televiziya studiyası kimi fəaliyyətə başlayan dövlət telekanalına Ənvər Əlibəyli rəhbərlik edib.


1957-ci il mayın 16-da Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin sədri postuna Teymur Əliyev gətirilib.


1965-ci ildə T.Əliyev Azərbaycan KP MK-da işə keçdiyi üçün Teleradio Komitəsinin sədri postu yenidən Ənvər Əlibəyliyə tapşırılıb.

1969-cu ildə qəfildən dünyasını dəyişən Ənvər Əlibəylinin yerinə İmran Mirzəyev gətirilib. Onun sədrliyi 11 ay çəkib.


1970-ci ilin yanvarında Teleradio Komitəsinin sədri vəzifəsinə Bakı Ali Partiya Məktəbinin kafedra müdiri Qurban Yusifzadə təyin edilib. O, bu vəzifəni 1982-ci ilə qədər icra edib.


1983-cü ildə sədr vəzifəsinə Elşad Quliyev təyin olunub. 1990-cı il 20 Yanvar hadisəsindən sonra Elşad Quliyev vəzifəsindən istefa verib.


1990-cı il yanvarın 27-də AzTV-nin başına Qeysər Xəlilov keçib. O, bu vəzifəni 1991-ci ilin noyabrına qədər icra edib.


1991-ci ilin noyabrından 1992-ci il martın 6-na kimi Teleradio Şirkətinə Məmməd Murad rəhbərlik etdi.


1992-ci il martın 7-də Elşad Quliyev yenidən Teleradio Şirkətinə sədr təyin olunub və o, 1992-ci il mayın 14-nə qədər bu quruma başçılıq edib.


1992-ci il martın 14-də hakimiyyətə 1 günlük müddətə qayıtmış Ayaz Mütəllibov Şirkət rəhbərliyinə yenidən Məmməd Muradı qaytarıb, amma o da həmin postda yalnız 1 gün qala bilib.


1992-ci il mayın ortalarında hakimiyyətə gəlmiş Azərbaycan Xalq Cəbhəsi Teleradio Şirkətinə şair Məmməd İsmayılı sədr təyin edib.


1993-cü ildə Məmməd İsmayılı Babək Hüseynoğlu (Məmmədov) əvəz edib. O, 1996-cı il sentyabrın 5-də tutduğu vəzifədən azad edilib.


1996-cı ilin sentyabrında Azərbaycan Dövlət Teleradio Şirkətinin sədri Nizami Xudiyev təyin edilib. 2006-cı ilin iyununda ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə ilə N.Xudiyev «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.


2006-cı il avqustun 16-da prezident İlham Əliyevin sərəncamı ilə «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədri postuna Arif Alışanov təyin edilib. 2019-cu il yanvarın 15-də Arif Alışanov AzTV sədrliyindən kənarlaşdırılıb.


2019-cu il yanvarın 15-də prezident İlham Əliyevin sərəncamı ilə «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsi  "Həftə" analitik-informasiya proqramının, "Günün nəbzi" və "Əsas məsələ" tok-şousunun teleaparıcısı Rövşən Məmmədova həvalə olunub. O, 7 aydan çox müddətdə sədrin səlahiyyətlərini icra edib.
Nəhayət 2019-cu il sentyabın 4-də Rövşən Məmmədov AzTV sədri vəzifəsinə təsdiqlənib.


A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!