Modern.az

MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ

MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ

14 Oktyabr 2022, 15:32

"Media Haqqında" qanunun və Media Reyestrinin aparılması qaydalarının tələblərinə uyğun olaraq jurnalistlərin Media Reyestrinə daxil olmasından ötrü vacib şərtlərdən biri çalışdığı media subyektinin Media Reyestrinə daxil olmasıdır.

 

Modern.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin mətbuat katibi Səidə Şəfiyeva deyib.

 

O bildirib ki, məqsəd Media Reyestrinə müraciət prosedurunu asanlaşdırmaqdır:

 

"Yəni həmin media subyektinin Media Reyestri şəhadətnaməsini əldə etməlidir. Eyni zamanda, jurnalisitləri Media Reyestrinə müraciət etmədən öncə işlədiyi və ya əməkdaşlıq etdiyi media subyektinin Media Reyestrinə daxil olub-olmadığını dəqiqləşdirməyə çağırırıq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu