Modern.az

Xoşqədəm Hidayətqızı “Səni axtarıram” komandasının döyülmə xəbərinə aydınlıq gətirdi

Xoşqədəm Hidayətqızı “Səni axtarıram” komandasının döyülmə xəbərinə aydınlıq gətirdi

18 Aprel 2013, 15:26

ATV telekanalının ən reytinqli verilişlərindən biri olan “Səni axtarıram”ın yaradıcı heyətinin Bakıdakı restoranların birində keçirilən toy mərasimində möhkəm döyülməsi xəbərinə teleaparıcı Xoşqədəm Hidayətqızı aydınlıq gətirib.

O, Modern.az saytına bildirib ki, belə xəbərlərə əhəmiyyət verib, qalmaqala qoşulmaq niyyətində deyil.

“Mən maraq dairəsində olan insanam. Bu gün ölkədə ən reytinqli verilişin, layihənin sahibi mənəm. Reytinqdə birinci olmaq istəyənlər də ola bilər, bizi gözü götürməyənlər də. Hər şey ola bilər. Ona görə də mən belə qalmaqallara qoşulası deyiləm. Çünki belə qalmaqallara qoşulsam, bu mənim layihəmə təsir edəcək. Mən işimi-gücümü atıb məhkəmələrdə olası deyiləm. Bəlkə də bəzi insanlar elə bunu istəyirlər. Amma mən buna getməyəcəyəm. Qalmaqal adamı deyiləm. Deyirlərsə ki, Xoşqədəmi döyüblər, qoy elə fikirləşsinlər. Mənim ətrafım, yaxınlarım görürlər ki, mənə münasibət necədir, onlar bilirlərsə ki, Xoşqədəm döyülməyib, bu mənə bəsdir.  Belə şeylərlə başımı qatan deyiləm. Yalan informasiyanı yayanlar, Xoşqədəm Hidayətqızını yalandan döydürməklə xoşbəxt olurlarsa, qoy olsunlar”.

Qeyd edək ki, "AzNews.az"ın yaydığı xəbər qısa müddətdə əksər xəbər saytlarının maşetinə çıxarılıb. Xəbərdə iddia olunur ki, bu arzuolunmaz hadisə “Səni axtarıram” verilişinin prodüsseri Fərhadın toy məclisində yaşanıb. Bildirilir ki, teleaparıcı Xoşqədəm Hidayətqızı bəylə gəlinin toyunda “Səni axtarıram”ın mini formatını yaratmaq qərarına gəlib və bu, gözlənilən nəticənin tamamilə əksini verib. “Ssenari”yə uyğun olaraq balaca bir qız səhnəyə çıxaraq, “Xoşqədəm xanım, atamı axtarıram, mənə kömək edin” deyə ağlaya-ağlaya Xoşqədəm Hidayətqızının üstünə atılıb. Bundan sonra “ağlama, sənin atanı tapmaq üçün axtarışlara başladıq belə, biz Fərhadı tapacağıq” deyə aparıcı ağlayan qızı sakitləşdirib.
Qeyd olunur ki, bu zarafatla barışa bilməyən gəlinin qohum-əqrabası əsəblərinə sahib ola bilməyib. Nəticədə qız tərəfi ilə “Səni axtarıram” komandası arasındakı narazılıq əlbəyaxa dava ilə sonunclanıb. Bu davada "Səni axtarıram"çıların döyüldüyü vurğulanıb. 

Gültəkin Ələsgər

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi