Modern.az

Hikmət Babaoğlu Alqış Həsənoğluna cavab verdi

Hikmət Babaoğlu Alqış Həsənoğluna cavab verdi

Media

23 Aprel 2013, 14:28


“Yeni Azərbaycan” qəzetinin 20 illiyi ilə əlaqədar keçirilən tədbirə qəzetin keçmiş baş redaktoru Alqış Musayev çağırılmamağı onun narazılığına səbəb olub. A.Həsənoğlu narazılığını və iradlarını bildirib. O, “AzNews.az”a açıqlamasında qəzetin ikinci sayından orada fəaliyyət göstərdiyini, 12 il qəzetin baş redaktor olduğunu deyib.

“Tədbirə dəvət olunmamağım mənə aydın deyil. Düşünürəm ki, orada iştirak etmək haqqı olan məhz mən idim. Siyasi Şurasında təmsil olunduğum Yeni Azərbaycan Partiyasının 20 illiyində də eyni münasibətlə qarşılaşdım. Təbii ki, səbəb mənə çox maraqlıdır. Partiyanin yubileyinə dəvət olunmamağımın səbəbini YAP icra katibliyindən adımın guya Prezident Aparatında siyahıdan çıxarılması ilə izah etdilər. Onda əhəmiyyət vermədim. İndi bu hal yenidən təkrarlanıb. Bu dəfə də tədbiri Prezident Administrasiyası təşkil etməyib ki. Bununla nə demək istədiklərini anlamıram. Əgər şüurlu şəkildə edirlərsə, çox səviyyəsiz davranışdır”.

Modern.az-a açıqlamasında qəzetin hazırkı baş redaktoru Hikmət Babaoğlu isə Alqış Musayevin bu etirazlarına cavab verib. O, bildirib ki, qəzetin 20 illiyi “Yeni Azərbaycan”ın hazırkı kollektivi ilə keçirilib.

Baş redaktorun sözlərinə görə, tədbirə kənardan heç kim çağırılmayıb:

““Yeni Azərbaycan”ın 20 illiyini qəzetin hazırkı kollektivi ilə keçirdik. Kənardan əlavə heç kim çağırılmamışdı. Bu tədbir sırf kollektivimizin tədbiri idi. Tədbirə Yeni Azərbaycan Partiyasının funksionerləri və partiyadan seçilmiş millət vəkilləri qatılmışdı”.

Gültəkin Ələsgər

Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış