Modern.az

Azər Ayxanın saytı açıldı

Azər Ayxanın saytı açıldı

15 Noyabr 2022, 10:37

Əməkdar jurnalist Azər Ayxanın təsisçisi və baş redaktoru olduğu xəbər saytı - Globalinfo.az bu gündən fəaliyyətə başlayıb.

Modern.az-ın məlumatına görə, sayt oxuculara obyektiv, operativ və dəqiq informasiyalar vəd edir.


Müstəqil media siyasəti həyata keçirəcəyini bəyan edən saytda siyasət, iqtisadiyyat, sosial, hərbi, mədəniyyət, idman, səhiyyə, kriminal, şou-biznes sahələri üzrə ölkədə, regionda və dünyada baş verən ən mühüm xəbərlər yer alacaq.

Azər Ayxan "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlunun qardaşıdır. O, uzun illər "Yeni Müsavat" qəzetin rəhbərliyində çalışıb.

Azər Ayxan “Yeni Müsavat” qəzetindən əvvəl “7 Gün” və “Müxalifət” qəzetlərində işləyib. 2005-ci ilin yanvarında “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini təyin olunub. Daha sonra "Yeni Müsavat" Media Qrupunun rəhbəri tərəfindən baş redaktor vəzifəsinə gətirilib. 

6 iyul 2022-ci il tarixində "Yeni Müsavat” qəzetinin baş redaktoru vəzifəsindən istefa verib.


A.Ayxan 2015-ci ildə Müsavat Partiyasının üzvülüyündən də çıxıb. O, ölkə başçısının sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adı alıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?