Modern.az

30 yaşlı “525-ci qəzet” - Onun adının maraqlı TARİXÇƏSİ

30 yaşlı “525-ci qəzet” - Onun adının maraqlı TARİXÇƏSİ

17 Noyabr 2022, 10:20

Bu gün “525-ci qəzetin” yaranmasından 30 il ötür.

Modern.az-ın məlumatına görə, 1992-ci il 17 noyabrda ilk dəfə Rəşad Məcidin təsisçiliyi ilə nəşrə başlayan qəzetin adının seçilməsi maraqlı olub. Belə ki, qəzeti öncə “Sabah”, “2x2” adı ilə çap etdirmək istəsələr də, hər iki adda başqa nəşrin qeydiyyatdan keçdiyi məlum olub. Ona görə də rəhbərlik yeni ad fikriləşməli olub. Bu zaman Ədliyyə Nazirliyində qeydiyyatdan keçən 525-ci qəzet olduqlarını öyrənəndə redaktorlar “525-ci qəzet” adını götürməyə qərar veriblər.


1996-ci ilə kimi həftəlik nəşr olunan qəzet, 1996-98-ci illərdə həftədə 3 dəfə çap olunub. 1998-ci ildən isə gündəlik nəşr olunub.

Qəzetin ilk redaktoru Yusif Rzayevdir. O, hazırda “525”də baş redaktorun birinci müavinidir.


Yusif Rzayevdən sonra qəzetə Səbuhi Məmmədli və Yaşar Əliyev redaktorluq ediblər.


“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid 1995-ci ildən qəzetə rəhbərlik edir.


Müsətqillik dövrü mətbuatının ilk qaranquşlarından olan qəzetin informasiya, siyasət, iqtisadiyyat, mədəniyyət və idman şöbələri fəaliyyət göstərir.

“525-ci qəzet” indi çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə günləri çıxır.

Modern.az “525-ci qəzet”i 30 yaşı münasibətilə təbrik edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı