“Mənim daha sözüm yoxdur. Mənim ünvanıma o cür ittihamlar səsləndirirsə, bu həyasızlığın zirvəsidir”. Bunları Modern.az-a açıqlamasında hüquq müdafiəçisi Eynulla Fətullayev jurnalist Xədicə İsmayılın onun barəsində yazdıqlarına münasibət bildirərkən deyib. Eynulla Fətullayev onu da əlavə edib ki, Xədicə İsmayıl özü bununla bağlı ona məktub yazıb. “Amma o yazdıqlarında sadəcə olaraq onu bildirib ki, yayılan videodakı şəxs özü deyil. Yenidən bunu gündəmə gətirib mənim haqqımda təhqir yazırsa, bu, onun tərəfindən böyük həyasızlıqdır. Mənim nə ehtiyacım var ki belə şeylər edim? İşim -gücüm qurtarıb”-deyə vurğulayıb.
Qeyd edək ki, aprelin 25-də yeni yaradılan saytlardan biri “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova haqda qondarma pornoqrafiya videosunu öz səhifəsində yerləşdirib. Daha sonra pornovideo kimlər tərəfindənsə Facebook sosial şəbəkəsində paylaşılıb. Jurnalist Xədicə İsmayıl isə özünə qarşı yönələn ikrahdoğurucu bu antikampaniyada hökumətdəki bəzi adamları, eləcə də jurnalist və hüquq müdafiəçisi Eynulla Fətullayevi ittiham edib.
Aqşin Kərimov