Modern.az

AzərTAc öz müxbirinin İTV-yə keçidini rəsmən təsdiqlədi

AzərTAc öz müxbirinin İTV-yə keçidini rəsmən təsdiqlədi

Media

29 Aprel 2013, 17:34
AzərTAc-ın Türkiyə üzrə xüsusi müxbiri Oqtay Bayramovun İctimai Televiziya və Radio Yayımları Şirkətlərinə keçməsi haqda məlumat rəsmən təsdiqlənib.  

AzərTAc-ın baş direktorunun müavini Dağbəyi İsmayılov Modern.az saytına açıqlamasında O. Bayramovun İctimai Televiziyaya keçməsi xəbərini təsdiqləyib.

“Bəli, Türkiyə üzrə xüsusi müxbirimiz Oqtay Bayramov İTV-yə keçib. Amma onun sədr müavini olması barədə dəqiq bir şey bilmirəm”.

İctimai Televiziya və Radio Yayımları Şirkətlərindən Modern.az-ın suallarını cavablandırmaq istəməyiblər...

Qeyd edək ki, “Aznews.az”ın yaydığı xəbərə görə, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (“Azərtac”) Türkiyə üzrə xüsusi müxbiri Oqtay Bayramov İTV-yə baş direktor müavini təyin edilib.

Aprelin 23-də Milli Teleradio Şurasında keçirilən səsvermədə Cəmil Quliyev İTV-yə baş direktor seçilib. C.Quliyev işə başlayan günün ertəsi İTV rəhbərliyində təmsil olunan bəzi şəxslər işdən azad olunub. 

Aytən ƏLİYEVA
 
 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi