Modern.az

Rəşad Nəbiyev Brüsseldə Adina Valeanla görüşdü

Rəşad Nəbiyev Brüsseldə Adina Valeanla görüşdü

Media

1 Dekabr 2022, 09:26

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Belçikanın paytaxtı Brüssel şəhərində işgüzar səfərdədir.

 

Modern.az xəbər verir ki, nazir səfər çərçivəsində Avropa İttifaqının nəqliyyat komissarı Adina Valeanla görüş keçirib.

 

Görüş zamanı Azərbaycan və Avropa İttifaqı arasında nəqliyyat, xüsusilə aviasiya sahəsində əməkdaşlıq, o cümlədən Trans-Avropa nəqliyyat şəbəkələri (TEN-T) çərçivəsində layihələrin həyata keçirilməsi, Zəngəzur Dəhlizinin gələcəkdə bu şəbəkələrə əlavə olunması məsələləri müzakirə olunub.

 

Görüşün davamında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ikinci iclasının Bakıda keçirilməsi ilə bağlı məsələlər müzakirə predmeti olub.

 

Avropa İttifaqının nəqliyyat komissarı Adina Valeana ölkəmizdə həyata keçirilən nəqliyyat və rəqəmsallaşma layihələri, o cümlədən Zəngəzur Dəhlizinin əhəmiyyəti və işğaldan azad olunmuş ərazilərimizdə görülən işlər barədə ətraflı məlumat verilib.

 

Həmçinin diqqətə çatdırılıb ki, Orta Dəhliz – Cənubi Qafqaz və Mərkəzi Asiyadan keçən multimodal nəqliyyat marşrutu ətrafında əməkdaşlıq üçün böyük potensial mövcuddur. Dəhliz regionun Avropa və qlobal təchizat zəncirlərinə inteqrasiyası üçün müəyyən imkanlar açacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi