Modern.az

Mətbuat Şurası “Yenilənmiş qeydiyyat” prosesini tamamladı

Mətbuat Şurası “Yenilənmiş qeydiyyat” prosesini tamamladı

8 Dekabr 2022, 10:30

Azərbaycan Mətbuat Şurasın (MŞ) Avropa Müstəqil Mətbuat Şuraları Alyansında (AİPCE) “Yenilənmiş qeydiyyat” prosesini tamamlayıb. Prosesin  tamamlanmasından sonra  MŞ-nin loqosu və saytının linki Avropa Müstəqil Mətbuat Şuraları Alyansının  (AİPCE) saytında "Tam hüquqlu üzvlər" kateqoriyasında yerləşdirilib:

 

//presscouncils.eu/#:~:text=The%20Alliance%20of%20Independent%20Press,European%20Councils%20are%20associate%20members  

 

Modern.az xəbər verir ki, Mətbuat Şurası İdarə Heyətinin üzvü, təşkilatın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Müşfiq Ələsgərli bildirib ki, mətbuat şuralarının beynəlxalq koordinasiya mərkəzi olaraq iki qurum fəaliyyət göstərir.

 

Bunlardan biri Ümumdünya Mətbuat Şuraları Assosiasiyası (World Association of Press Councils (WAPC), digəri isə Avropa Müstəqil Mətbuat Şuraları Alyansıdır (AİPCE). Azərbaycan Mətbuat Şurası hər iki qurumla sıx əməkdaşlıq edir: “WAPC və AİPCE yenilənən media trendləri fonunda öz fəaliyyətlərini yenidən qururlar. Bu sırada üzvlüklə bağlı standartlarını da yeniləyirlər. Azərbacan Mətbuat Şurasının fəaliyyəti yeni trendlərə uyğun olduğunudan “yenilənmiş qeydiyyat” prosesini də müvəffəqiyyətlə tamamlayıb”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?