Daim maraqlı açıqlamaları ilə gündəmə gələn Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov personası yenidən diqqətləri özünə çəkib. Hacıbala müəllim bu dəfə jurnalistə qarşı aressiv davranışı ilə medianın obyektivinə tuş gəlib. Bakı meri “Azadlıq” radiosunun əməkdaşı Maarif Çingizoğlunun sualına belə cavab verib: “Gedin işinizin dalınca! Mən jurnalist görəndə elə bilirəm ki, qəbirdə ölü görürəm”.
Bakı merinin bu sözləri sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Beləliklə də, Hacıbala müəllim jurnalistlərə növbəti ayamanın qoşulmasına rəvac verib.
Modern.az saytının “Gündəm-Karikatura” rubrikasında təqdim etdiyi növbəti kollajda müəllif Hacıbala Abutalıbovun jurnalistlərə aqressiyasını təsvir etməyə çalışıb.
A.Qorxmaz