Modern.az

Daha bir TV-yə yayım lisenziyası verildi 

Daha bir TV-yə yayım lisenziyası verildi 

20 Dekabr 2022, 19:18

Audiovizual Şuranın iclası keçirilib, iclasda platforma yayımçısı lisenziyasının alınması məqsədilə “Təhsil TV” MMC tərəfindən Şuraya daxil olmuş müraciətə baxılıb.

 

Modern.az xəbər verir ki, müzakirələrdən sonra “Təhsil TV” MMC-yə (televiziya redaksiyasının adı: “Təhsil TV”) peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının verilməsi barədə qərar qəbul edilib.

 

İclasda, həmçinin ümumölkə yerüstü radio yayımçısı olan “NHR” MMC-nin “Yurd FM” radio redaksiyasının proqramlarının yayım zonasının genişləndirilməsi məqsədilə Daşkəsən rayonu ərazisində yerləşən “Daşkəsən” RTYS-dan 96,9 MHs, Lerik rayonu ərazisində yerləşən “Lerik” RTYS-dan 94,7 MHs, Astara rayonu ərazisində yerləşən “Astara” RTYS-dan 97,5 MHs radiotezliklərinin “NHR” MMC-nin istifadəsinə verilməsi barədə qərar qəbul olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi