Modern.az

Vüqar Zifəroğlu yenidən Jurnalistika fakültəsinin dekanı seçilib

Vüqar Zifəroğlu yenidən Jurnalistika fakültəsinin dekanı seçilib

Media

21 Dekabr 2022, 15:20

Vüqar Zifəroğlu yenidən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı seçilib.

Modern.az xəbər verir ki, bu barədə fakültədən bildirilib.

Qeyd edək ki, V.Zifəroğlu ilk dəfə 2017-ci ilin mayında Jurnalistika fakültəsinin dekanı seçilmişdi.

V.Zifəroğlu həm də Azərbaycan Mətbuat Şurasının sədr müavinidir.
 

Vüqar Zifəroğlu Əliyev 1978-ci il oktyabr ayının 12-də Bakı şəhərində anadan olub. 1995-ci ildə 190 saylı orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universiteti beynəlxalq jurnalistika ixtisasına qəbul olunub. Həmin ixtisas üzrə 1999-cu ildə fərqlənmə diplomu ilə bakalavr, 2001-ci ildə magistr pillələrini bitirib. 1997-ci ildən mediada analitik və araşdırma məqalələri yayımlanır.


2001-ci ildən BDU-nun Jurnalistika fakültəsində çalışır. 2001–2004-cü illərdə jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında, 2004–2006-cı illərdə isə beynəlxalq jurnalistika kafedrasında baş laborant vəzifəsində çalışıb. 2006-cı ildən Beynəlxalq jurnalistika kafedrasının müəllimi, 2011-ci ildən dosentidir. 2010–2017-ci illərdə "Jurnalistika" Elmi Tədqiqat Laboratoriyasını müdiri-aparıcı elmi işçi vəzifəsində çalışıb. 2017-ci ilin may ayından Jurnalistika fakültəsinin dekanıdır.

2005-ci ildə jurnalistika ixtisası üzrə namizədlik dissertasiyası, 2017-ci ildə junalistika ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edib. Filologiya elmləri doktorudur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar