Modern.az

“Batıgöz” klinikası jurnalistlər üçün kampaniya keçirir

“Batıgöz” klinikası jurnalistlər üçün kampaniya keçirir

Media

28 Dekabr 2022, 13:12

Azərbaycanda göz xəstəliklərinin müayinəsi, müalicəsi və əməliyyatı sahəsində peşəkar klinikalardan biri olan “BATIGÖZ” klinikası Yeni il və 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə jurnalistlər üçün pulsuz göz müayinəsi təşkil edir.

 

Klinikanın yaydığı açıqlamada bildirilir ki, müayinə Türkiyədən gələn və xaricdə təhsil alan peşəkar həkimlər tərəfindən həyata keçiriləcək.

 

Modern.az-ın xəbərinə görə, açıqlamada deyilir ki, müayinə üçün gələn media təmsilçiləri redaksiyanın müvafiq məktubunu, yaxud da iş vəsiqəsini təqdim etməlidir.

 

Pulsuz müayinə kampaniyası 2023-cü ilin yanvar ayının sonunadək aparılacaq.

 

Klinikanın ünvanı Nəsimi rayonu, Vaqif Prosppekti 75 A (Koroğlu Parkının yanı).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir