Modern.az

Xarici jurnalistlər Xankəndi-Laçın yolna gəldilər

Xarici jurnalistlər Xankəndi-Laçın yolna gəldilər

Media

18 Yanvar 2023, 14:54

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.


Modern.az xəbər verir ki, bu gün kanadalı jurnalist Deyv Qordon və gürcüstanlı bloger Tamuna Mumladze hadisə yerinə gediblər.
 

Onlar aksiyanın gedişi, keçirilmə səbəbləri barədə məlumatlandırılıb. Deyv Qordon və Tamuna Mumladze aksiya ərazisindən çəkilişlər edib, reportaj hazırlayıblar.


Gürcüstanlı bloger Tamuna Mumladze Azərbaycan jurnalistlərinə açıqlamasında deyib ki, o, Laçın-Xankəndi yolundakı aksiyanı müşahidə edib və belə qənaətə gəlib ki, gənc fəallar sivil qaydada etirazlarını davam etdirir.


“Azərbaycanlı fəalların tələbləri ekoloji böhranla əlaqədardır. Müşahidələrin əsasında hazırda durduğumuz Laçın-Xankəndi yolunda hərəkətə maneə yaradan heç bir hal görmədim. Mən hələ ki burdayam, ümid edirəm ki, yoldan necə istifadə olunmasını görəcəyəm və çəkib öz izləyicilərimə göstərəcəyəm. Mən də hamı kimi, ekoloji cinayətə qarşıyam”.
 

Xatırladaq ki, azərbaycanlı ekofəalların Xankəndi-Laçın yolunda keçirdiyi etiraz aksiyası 38 gündür ki davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü