Modern.az

Ukraynalı jurnalistlər Xudafərin körpüsündə - FOTOLAR

Ukraynalı jurnalistlər Xudafərin körpüsündə - FOTOLAR

Media

18 Yanvar 2023, 16:55

Bir qrup ukraynalı jurnalistə işğaldan azad edilmiş Cəbrayıl rayonundan Xudafərin körpüsünə səfər zamanı işğal illərində nəzarətsiz qalan Azərbaycan-İran sərhədinin bütövlükdə narkotik və qeyri-qanuni silah ticarəti üçün istifadə edilməsindən danışılıb.

 

Modern.az xəbər verir ki, jurnalistlərə Xudafərin körpüsünün yaranma tarixi, 44 günlük Vətən Müharibəsi zamanı bu ərazilərin işğaldan azad edilməsi və Araz çayının digər tərəfində, yəni İranda yaşayan azərbaycanlıların bu hadisələrə münasibəti barədə məlumat verilib.

 

Ukraynalı jurnalistlər burada Azərbaycan kəndinin demək olar ki, tamamilə dağıdılmasının izlərini görüb, 27 illik işğal zamanı bu ərazidə nələrin baş verdiyini öyrəniblər.

 

Xatırladaq ki, bu gün Ukraynanın “1+1” və “5-ci kanal” telekanallarının, UNİAN informasiya agentliyinin, “Ukraina seyças” və “Tretya sila” internet nəşrlərinin əməkdaşları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər ediblər.

 

Onlar 30 ilə yaxın Azərbaycan ərazilərinin işğalı zamanı ermənilərin törətdikləri dağıntılar, vandalizm faktları ilə tanış olublar.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi