İranda üç qadın jurnalist saxlanıldı

İranda üç qadın jurnalist saxlanıldı

Media

23 Yanvar 2023, 13:36

İranda üç qadın jurnalist saxlanlıb.

 

Modern.az xəbər verir ki, bu barədə İran Jurnalistləri Həmkarlar Birliyi məlumat yayıb.

 

Bildirilib ki, Melika Haşimi, Səidə Şafii və Mehrnuş Zarii adlı jurnalistlər Tehranda tutulublar. Onlar hazırda Tehrandakı Evin adlı həbsxanada saxlanılır.

 

Məlumata görə, jurnalistlər rejim əleyhinə “təbliğat aparmaq və milli təhlükəsizliyi təhdid etmək”də itiham olunurlar.

 

Ümumilikdə isə İranda 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyaları zamanı 79 jurnalist tutulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran daxildən çat verir - Siyasi gərginlik pik həddə